Avropada avtostop – Cəmi 1 viza ilə

Bu yazıda çalışacam Avropa turu etmək istəyənlər üçün viza məsələlərinə aydınlıq gətirim. Əslində Avropada səyahət etməyin viza tərəfi məncə nisbətən sadədir. Cəmi bir viza ilə həll etmək olar, əgər sərfəli şərtlərlə Şengen vizası ala bilsəz. Və Böyük Britaniya, İrlandiya və Kiprə getmək fikrindən daşınsaz, onsuz da gəmini “hitch” etmək də çətin məsələdir.

Avropada 26 ölkə Şengen razılaşmasına qoşulduğu üçün bu ölkələrin hər hansı biri tərəfindən verilmiş Şengen vizası bütün bu 26 ölkə arasında sərbəst gəzməyə imkan verir. Adətən heç bir sərhəd-keçid məntəqəsi də olmur (bəzən olur).

Şengen razılaşmasına daxil olmayan cırtdan dövlətlər Monako, San-Marino və Vatikanın sərhədləri isə açıqdır açıqdır.

Şengen razılaşmasına daxil olmayan Andorra, Xorvatiya, Rumıniya, Serbiya və Bolqarıstana isə çoxgirişli Şengen vizası ilə daxil olmaq mümkündür. Bu zaman diqqət yetirməli olduğunuz 3 nüans var: 1) viza çoxgirişli olmalıdır (multi); 2) vizanın etibarlılığı bu ölkəyə giriş-çıxış tarixlərini əhatə etməlidir; 3) bu ölkələrdə qalacağınız günlər qədər vizada istifadə olunmamış günlər olmalıdır (baxmayaraq ki, bu ölkələrdə qaldığınız günlər üzərindən çıxılmır).

Yuxarıdakı fikrimi izah etmək üçün,  çox uzağa getməyək, götürək Xorvatiyanı. Visit-Croatia.co.uk saytının məlumatına görə Xorvatiyaya daxil olarkən ölkədə qalacağınız günlərin sayı qədər çoxgirişli Şengen vizasında istifadə olunmamış günlər qalması şərtdir. Lakin burada qaldığınız günlər “Şengen günlərini” “yemir”. Yəni tutalım ki, siz 15 gün ərzində 10 günlük Şengen vizası almısız, 5 gün Macarıstanda qaldıqdan sonra 5 gün Xorvatiyada gəzsəniz bu, sizin qalıq Şengen günlərinizi yeməyəcək, gedib 5 gün də İtaliyada gəzə bilərsiz (mənbə: http://www.visit-croatia.co.uk/index.php/information-on-croatia/visa-requirements-for-croatia/). Fikrimcə, eyni məntiqi Şengen vizası ilə girişə imkən verən, lakin Şengen ərazisinə daxil olmayan Rumıniya, Bolqarıstan və Serbiyaya da aid etmək olar.

Türkiyə, Albaniya, Bosniya and Herseqovinya, Makedoniya, Monteneqro, Moldova, Belorusiya, Rusiya, Ukrayna öz qapılarını bizim məzlum xalqın üzünə açıq qoyub.

Yazının sonuna əlavə etdiyim cədvəldə bütün Avropa ölkələrinin siyahısını, onların viza tələblərini və məlumatı götürdüyüm mənbəni qeyd etmişəm.

Yuxarıdakıları nəzərə alsaq Avropaya avtostopla tur etmək üçün ən ideal variant:

  • 6 ay ərzində 3 ay qüvvədə olan Şengen vizası almaq (yaxud 3 ay ərzində 2 ay);
  • Bakı – Moskva – Minsk – Brest marşrutu keçməklə Polşadan Şengen zonasına daxil olmaq (bu marşrutu ideal sürətlə 3-4 günə, gəzə-gəzə isə 10-15 günə rahat gedə bilərsiz, arada Ukraynaya da dəymək olar);
  • Şengen zonasını gəzdikdən sonra vizada 5-10 gün saxlayıb Xorvatiyadan Balkan ölkələrinə daxil olub oraları gəzmək;
  • Sonda isə Şengen razılaşmasına daxil olan Yunanıstana daxil olub Şengen vizasının son günlərini də orda xərcləyib Türkiyə üzərindən vətənə qayıtmaq.

Şengen vizası almaq üçün hər kəs üçün standart sənədlər və spesifik tələblər mövcuddur. Vizanı üzv ölkələrdən istənilən birinə müraciət edib ala bilərsiniz.

Standart sənədlər bunlardır:

  1. Ərizə forması – müraciət edəcəyiniz səfirliyin saytından yükləyin.
  2. Pasport – Etibarlılıq müddəti Şengen ərazisindən çıxacağınız tarixdən sonra ən azı 3 ay olmalıdır və 2 səhifəsi boş olmalıdır.
  3. Şəxsiyyət vəsiqəsi
  4. 1 ədəd 3.5 x 4.5 ölçülü şəkil. Hər səfirliyin yanında foto var, salamatı 2 manat artıq verin orda çəkdirin.
  5. Sığorta – İstənilən sığorta şirkətindən ala bilərsiniz. Müddətə görə qiyməti dəyişir, 3 aylıq sığorta üçün 50-60 EUR ödəməli olacaqsınız. Original tələb olunmur, sığorta şirkətinə getmədən online ödəniş edib sığorta polisinin kopiyasını emaillə ala bilərsiniz.
  6. Rüsum – 35 EUR nəğd səfirlikdə ödəyirsiniz.

 

Əsas məsələ spesifik tələblərdir. Bunlar hər kəsin individual durumuna görə (tələbə, ailəli, mülkiyyəti olan və sair) və müxtəlif səfirliyin yanaşmasına görə (möhürlü otel rezervasiyası və sair) fərqli ola bilər. Bu tələblər çox vacibdir və məntiqini düzgün tutub öz fərdi vəziyyətinizə, müraciət etdiyiniz səfirliyə görə həll etməlisiniz.

 

  • Müraciət üçün səfirliyin seçilməsi

Müraciət etdiyiniz ölkə sizin ya giriş, ya çıxış, ya da təyinat ölkəsi (ən çox vaxt keçirəcəyiniz ölkə) olmalıdır. Giriş və/və ya çıxış ölkəsi olduğunu göstərmək üçün həmin ölkəyə/ölkədən uçuş biletləri bron etməli, təyinat ölkəsi olduğunu sübut etmək üçünsə öz marşrutunuzu buna uyğun olaraq hazırlamalı və qalacaq yerlərin rezervasiyasını göstərməlisiniz. Əgər bu cür sübutlarınız olmasa onda müraciətinizi heç qəbul etməyə bilərlər (başıma gəlib 🙂 ).

 

  • Səfirliklə görüş təyin olunması.

Bəzi səfirliklərdə (məsələn alman) viza üçün əvvəlcədən online görüş bron etməlisiz. Xeyli əvvəldən bunu dəqiqləşdirin, ola bilər ki, siz istədiyiniz vaxtda boş yer olmasın.

 

  • Marşrut – itinerary

Əgər bir neçə yerə səfər edəcəksinizsə onda mütləq marşrut hazırlayın. Məsələn, 5-10 şəhər/ölkə seçib hərəsində 1 həftə qalmaqla plan qura bilərsiniz. Bu zaman ardıcıllıqla gedəcəyiniz yerləri, getmək üçün nəqliyyat vasitəsini və həmin yerlərdə qalacağınız yerləri göstərə bilərsiniz. Şərt deyil ki, hazırladığınız marşrut üzrə hərəkət edəsiniz. Ona görə də, marşrutu mümkün qədər asan edin ki, otel və nəqliyyat vasitələrini bron etmək asan olsun.

 

  • Qalmaq yeri barədə sübut.

Gedib küçədə ya meşədə çadır qurub qalacam deye bilməzsiz, çünki Avropada wild camping çox yerde icazə verilmir. Amma hər yerde hotel/hostel və ya düşərgə (campsite) var. Bəzi səfirliklər booking.com saytı ilə olunmuş rezervasiyaları qəbul edir, bəziləri isə oteldən möhürlü rezervasiya məktubu gətirməyinizi tələb edir. Dəqiqləşdirmək üçün salamatı səfirliyin özünə müraciət edib lap başqa adla soruşa bilərsiniz. Əgər tələb olunursa onda booking.com-dan bir neçə otel/hostel seçin və email göndərib sizə lazım olan rezervasiyanı göndərməsini xahiş edin. Deyilənə görə bəziləri pulsuz da göndərir 🙂

 

  • Nəqliyyat rezervasiyası

Ən azı gediş-dönüş bileti rezervasiyası etməlisiniz. Bu həm də səfirliyi inandırır ki, müraciət edən şəxs filan tarixdə Şengen zonasından rədd olacaq. Məqsədiniz əslində avtostopla, velosipedlə gedib-gəlmək olsa da yalandan bilet rezervasiya edib sonra ləğv edə bilərsiniz. Bununçün internetdə müəyyən sayt tapa yaxud yerli turizm şirkətinə müraciət edə bilərsiniz (ola bilər ki, pul ödəməli olarsınız. turizm.az sağolsun, mənə pulsuz etdi).

 

  • Səyahət üçün kifayət qədər pul vəsaiti olması.

Bank hesabı, hesabda kifayət qədər pul (Gündəlik 50 avrodan hesablaya bilərsiniz. Salamatı zəng vurub müraciət edəcəyiniz səfirlikdən dəqiqləşdirin) ve son 3 ay üçün çıxarış. Əgər kifayət qədər pulunuz yoxdursa (60 günlük səyahət üçün 60×50=3000 EUR) kimdənsə borc alıb hesabınıza qoya, bankdan arayış aldıqdan sonra isə pulu çıxara bilərsiniz. Bu zaman əgər kart hesabına qoysaz 1% itirəcəksiniz (3000 EUR üçün 30 EUR). Eşitdiyimə görə bankda adınıza cari hesab açıb pulu ora qoyub götürsəz onda 1% itirməzsiz, amma dəqiqləşdirməmişəm bunu.

 

  • Şengen zonasından rədd olub (cənublu qardaşlarımız demiş) öz ölkənizə qayıdacağınızı əsaslandıran əlavə sənədlər.
    1. İş yerindən arayış. Arayışda maaşınız, vəzifəniz, səyahətə getməyiniz və həmin şirkətə qayıdacağınız göstərilsə yaxşı olar. Lakin 2-3 aylıq səyahət edirsinizsə bir az qəlizləşir məsələ. Əgər işdən çıxıb səyahət edirsizsə onda xahiş edə bilərsiz ki, sizə verilən məktubu yenə eyni qaydada yazsınlar və səyahətlə bağlı məsələn yaza bilərlər ki, 1 ay normal məzuniyyət plus 1-2 ay öz hesabınıza məzuniyyət götürmüsünüz və qayıdanda həmin şirkətdə işə davam edəcəksiz. Əgər HR-ınız mələk deyilsə, onda sadəcə həmin şirkətdə işlədiyiniz barəsində arayış verə bilər (vəzifə və maaş göstərilsə yaxşıdır). Qalanını da siz öz nağıl fantaziyanızla həll edərsiz.
    2. Adınıza mülk. Əgər adınıza hər hansı daşınmaz mülk (bəlkə maşın da?) varsa mütləq sənədinin kopiyasını və originalını götürün.
    3. Evlisinizsə nigah şəhadətnaməniz və hətta uşaqlarınızın sənədləri.
    4. Əgər Azərbaycanda qalmaq öhdəliyiniz varsa buna dair sənədlər. Məsələn, xaricdə təhsil almısınzsa AR Təhsil Nazirliyi, SOCAR və ya təqaüd verən üçüncü ölkə ilə bağladığınız müqavilə ola bilər.

Bu sənədlər bir növ qışqırır ki, “Bax mənim vətənimdə ailəm, uşağım var, əlimdə işim-gücüm, evim, maşınım var, öhdəliklərim var. Mən vətənimə qayıdacam. Sizin Avropa heç mənə lazım da deyil!

 

  • Bonus 🙂

Dəvətnamə almaq imkanınız varsa məncə bu böyük bonusdur. Əgər Avropada hər hansı bir avropalı yaxud azərbaycanlı tanışınız varsa və o sizə dəvətnamə göndərə bilirsə çalışın bundan da istifadə edin. Əgər belə bir tanışınız yoxdursa Couchsurfing’də, Warmshowers’də qonaqlamaqla qazana bilərsiniz. Yeri gəlmişkən bu cür dəvətnamənin də iki növü var, tam öhdəlik götürən bəyənat və sadə dəvətnamə. Tam öhdəlik götürən bəyənat dəvət edən şəxsin ölkəsində xüsusi qurumdan alınır, original olur və sizə görə onun üzərinə bir çox öhdəliklər qoyur, hər zibilinizi onlar çəkməlidir yani. Sadə dəvətnamədə isə heç bir öhdəlik götürmür, sadəcə bir yerdə səyahət edəcəyinizi və ya həmin şəxsin evində qonaq qalacağınızı göstərir (özü haqqında məlumatlar – ad, soyad, pasport nömrəsi, kopiyası, ev adresi, əlaqə vasitəsi də öz yerində). Dəvət edən şəxsə mütləq göstərin ki, o sizə görə heç bir öhdəlik götürmür, rahat olsun.

 

ƏLAVƏ 1. Adi pasport sahibi olan Azərbaycan vətəndaşları üçün Avropa ölkələrinin viza rejimi:

Ölkə Viza rejimi mənbə
Türkiyə 30 gün vizasız www.mfa.gov.tr/visa-…
Albaniya 90 gün vizasız www.punetejas…
Bosnia and Herzegovina 90 gün vizasız www.mvp.gov.ba/konzu…
Makedoniya 90 gün vizasız www.mfa.gov.mk/index…
Moldova 90 gün vizasız
Monteneqro 90 gün vizasız www.mvpei.gov.me/en/…
Rusiya 90 gün vizasız
Ukrayna 90 gün vizasız mfa.gov.ua/en/consul…
Belarusiya 90 gün vizasız mfa.gov.by/en/visa/v…
Avstriya Şengen www.schengenvisainfo…
Belçika Şengen www.schengenvisainfo…
Çexiya Şengen www.schengenvisainfo…
Danimarka Şengen www.schengenvisainfo…
Estoniya Şengen www.schengenvisainfo…
Finlandiya Şengen www.schengenvisainfo…
Fransa Şengen www.schengenvisainfo…
Almaniya Şengen www.schengenvisainfo…
Yunanıstan Şengen www.schengenvisainfo…
Macarıstan Şengen www.schengenvisainfo…
İslandiya Şengen www.schengenvisainfo…
İtaliya Şengen www.schengenvisainfo…
Latviya Şengen www.schengenvisainfo…
Lixtenşteyn Şengen www.schengenvisainfo…
Litva Şengen www.schengenvisainfo…
Luksemburq Şengen www.schengenvisainfo…
Malta Şengen www.schengenvisainfo…
Hollandiya Şengen www.schengenvisainfo…
Norveç Şengen www.schengenvisainfo…
Polşa Şengen www.schengenvisainfo…
Portuqaliya Şengen www.schengenvisainfo…
Slovakiya Şengen www.schengenvisainfo…
Sloveniya Şengen www.schengenvisainfo…
İspaniya Şengen www.schengenvisainfo…
İsveç Şengen www.schengenvisainfo…
İsveçrə Şengen www.schengenvisainfo…
Andorra Şengen vizası ilə giriş www.mae.ad/en/travel…
Bolqarıstan Şengen vizası ilə giriş www.mfa.bg/en/pages/…
Xorvatiya Şengen vizası ilə giriş www.mvep.hr/en/consu…
Rumıniya Şengen vizası ilə giriş www.mae.ro/en/node/2…
Serbiya Şengen vizası ilə giriş www.mfa.gov.rs/en/co…
Monako Şengenlə açıq sərhəd www.schengenvisainfo…
San Marino Şengenlə açıq sərhəd www.schengenvisainfo…
Vatikan Şengenlə açıq sərhəd www.schengenvisainfo…
Kipr Viza tələb olunur www.cyprusvisa.eu/co…
İrlandiya Viza tələb olunur www.dfa.ie/travel/vi…
Kosovo Viza tələb olunur www.mfa-ks.net/?page…
Birləşmiş Krallıq Viza tələb olunur www.gov.uk/check-uk-…

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s